Press "Enter" to skip to content

Rektor yenidən Bakıya gəlir

Prof. Dr. Fuat Erdal

BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin Eskişehir şəhərində fəaliyyət göstərən Anadolu Universitetinin rektoru Prof. Dr Fuat Erdal yenidən Bakıya səfər edəcək.

Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 29-da Azərbaycan Türkiyə İş Adamları Birliyindən (ATİB) məlumat verilib.

Bildirilib ki, ATİB-in distant təhsil sahəsində əməkdaşlıq etdiyi Türkiyənin Anadolu Universitetinin sentyabrın 30-da Bakıda mühüm tədbiri olacaq. Həmin gün rektor Prof. Dr Fuat Erdalın da iştirakı ilə Universitetin Azərbaycan Programlarının 2022-2023 Təhsil-Tədris ilinin açılış mərasimi keçiriləcək.

Məlumata əsasən, tədbirdə Anadolu Üniversitetinin Açıq öyrətim sistemində məsafədən təhsil alan tələbələrlə yanaşı, onların valideynləri iştirak edəcəklər: “Tədbirdə həmçinin, 1-ci kurs tələbələrinə tələbə biletlərinin, məzunlara isə diplomlarının təqdim edilməsi nəzərdə tutulub”.

Mission News Theme by Compete Themes.