Press "Enter" to skip to content

Məktəbəhazırlıq qruplarında ilk dərs günü bu tarixdə

Son yeniləmə: 1 Oktyabr 2022 11:36

BAYRAQDAR MEDİA – 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında tədris prosesi 3 oktyabr 2022-ci il tarixində başlayacaq.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Məlumata əsasən, məktəbəhazırlıq qruplarında məşğələlər həftədə 4 gün keçilir: “Bir gün ərzində 3 məşğələ tədris olunur. Qeyd edək ki, məktəbəhazırlıq qruplarına 5 yaşı 2022-ci ildə tamam olan uşaqlar qəbul ediliblər”.

Mission News Theme by Compete Themes.