Press "Enter" to skip to content

Erzincanda türk dünyasının ocağı alovlandı

Ersin Tatar və Binali Yıldırım Kıbrıs qazilərinin arasında

BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar Türkiyənin Erzincan vilayətində səfərdədir.

Bununla bağlı məlumatda deyilir ki, E.Tatar və AK Parti sədr müavini, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binali Yıldırım Erzincanda Kıbrıs qaziləri ilə görüşüb.

Məlumat üçün bildirək ki, Erzincanda Beynəlxalq Türk Dünyası Simpozium keçirilir. Simpozium çərçivəsində keçirilən “Türkiyə və türk dünyasının 2023-cü ilə doğru dünəni, bu günü və gələcəyi” adlı konfransa qatılan E.Tatar sonra qazilərlə görüşüb.

Görüşdə o, hər zaman özlərini türk millətinin ayrılmaz bir parçası kimi gördüklərini bildirib. E.Tatar Kıbrıs adasının türk milləti üçün hər zaman önəmli olduğunu vurğulayıb.

Cümhurbaşqanı Kıbrıs qazilərinə göstərdikləri fədakarlığa görə təşəkkür edib və hər zaman onların yanında olduqlarını bildirib.

E.Tatar və B.Yıldırım daha sonra Ergan dağında türk dünyasının ocağını yandırıblar.

Mission News Theme by Compete Themes.