BAYRAQDAR MEDİA – “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi “Məişət zorakılığına qarşı birlikdə mübarizə aparaq!” adlı layihə çərçivəsində oktyabrın 10-da İsmayıllıda dəyirmi masa keçirib. Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə 1 sentyabr 2022-ci ildən icra edilir.
Xəbəri BAYRAQDAR MEDİA-ya sözügedən qurumdan veriblər.
Dəyirmi masadan öncə rayon sakinləri arasında anonim sorğu da keçirilib. Respondentlər məişət zorakılığı və onun qurbanları haqqında sosial mediadan məlumat aldıqlarını bildiriblər.
Qeyd olunur ki, dəyir masa müzakirələrində rayonun 40 nəfər sakini iştirak edib. Onların arasında müvafiq dövlət qurumlarının nümayəndələri də olub.
Birliyin sədri Nailə İsmayılova açılış çıxışında layihə və onun məqsədi barəsində geniş məlumat verib.
Bundan sonra ekspert Samirə Mustafayeva və hüquqşünas Fariz Əkbərov layihə çərçivəsində görülən işlərlə bağlı fikirlərini paylaşıb.
Bildirilir ki, tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində təşkil olunub. Tədbirdə sözügedən mərkəzdən sosial iş üzrə pedaqoq Nərgiz Əlövsətli və digər əməkdaşlar iştirak edib. Eyni zamanda İsmayıllı Rayon İcra Hakimiyyətindən ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Nəsimi Teymurov və aparıcı məsləhətçi, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu, monitorinq qrupunun üzvü Bəhruz Xələfov da iştirakçılar arasında olub. İsmayıllı Rayon Polis Şöbəsinin sahə rəisi Zahir Məhərrəmli, Şöbənin Yetkinlik Yaşına Çatmayanların Profilaktik İşinin Təşkili Qrupunun baş inspektoru, polis mayoru Rahim Orucov, “İsmayıllı xəbərləri” qəzetinin redaktoru Şahməmməd Soltanov da müzakirələrdə fəal iştirak edib.
Tədbir başa çatdıqdan sonra çay süfrəsi arxasında mövzuyla bağlı qeyri-rəsmi söhbətlər edilib, təkliflər dinlənilib.