Press "Enter" to skip to content

Fənn olimpiadalarının məktəb mərhələsi

Son yeniləmə: 31 Oktyabr 2022 16:27

BAYRAQDAR MEDİABakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində Respublika fənn olimpiadalarının məktəb mərhələsi keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya oktyabrın 31-də BŞTİ-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi iştirakçılarının tərkibinin müəyyənləşdirilməsi məqsədilə təşkil edilən məktəb mərhələsində VIII-XI sinif şagirdləri iştirak edib: “Məktəb mərhələsində şagirdlər Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə biliklərini sınayıblar. İlk turda yaxşı nəticə göstərən məktəblilər Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi hazırlıqlarına cəlb ediləcəklər”.

Qeyd edilib ki, Respublika fənn olimpiadalarının keçirilməsində əsas məqsəd istedadlı şagirdləri aşkara çıxarmaq, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənən məktəblilərin potensial imkanlarını inkişaf etdirmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün əlverişli zəmin yaratmaqdan ibarətdir.

Mission News Theme by Compete Themes.