Press "Enter" to skip to content

Karsın qurtuluşunun 102-ci ildönümü

Tədbir zamanı

Son yeniləmə: 31 Oktyabr 2022 18:19

BAYRAQDAR MEDİA – Qardaş Türkiyədə bayram-bayrama qarışıb. Oktyabrın 30-da Karsın düşmən işğalından qurtuluşunun 102-ci ildönmü qeyd edilib.

Məlumata əsasən, bununla bağlı ilk mərasim hökumət evi qarşısındakı Mustafa Kemal Atatürkün abidəsi və dəmir yolu vağzalı qarşısındakı Kazım Karabəkir Paşanın abidəsi önünə eyni vaxtda əklil qoyulması ilə başlayıb.

Sonra keçirilən mərasimdə Kars valisi, Bələdiyyə başqanının səlahiyyətlərini icra edən Türker Öksüz çıxış edib: “Bu gün, qazi karslıların namazsız, bayraqsız yaşaya bilməyəcəklərini, əsirlikdə yaşaya bilməyəcəklərini bütün dünyaya bəyan etdikləri gündür. Bu gün, qazi Karsın əsarət zəncirlərini qırdığı, Kars qalası üzərində şanlı türk bayrağının dalğalanması ilə vətənin bir parçası olduğu gündür. Bu gün “Mən türkəm, türkəm əsir olmaz, dövlətsiz, bayraqsız, duasız, hürriyyətsiz olmaz” şüarını qəbul etmiş qazi Karsımızın azad edilməsinin 102-ci ildönümüdür”.

Çıxışdan sonra xalq oyunları və Qafqaz rəqs qrupunun ifasında rəqslər nümayiş etdirilib. Xalq ozanları və mehtaran qrupunun konsertindən sonra Qafqaz qrupu rəqsin sonunda açdığı Türkiyə bayrağını öpərək vali T.Öksüzə təhvil verib.

Mission News Theme by Compete Themes.