Press "Enter" to skip to content

Layihə çərçivəsində Şirvanda vətəndaş qəbulu

Qəbul zamanı

Son yeniləmə: 31 Oktyabr 2022 17:58

BAYRAQDAR MEDİANeftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi tərəfindən “Vətəndaşların pozulmuş hüquqlarının bərpası üçün hüquqi yardımların təşkili vasitəsi ilə hüquq sistemi və qanunun aliliyi prinsipinin bərqərar olmasına dəstək verilməsi” layihəsinin icrasını davam edir.

Bu barədə BAYRAQDAR MEDİA-ya İctimai Birlikdən məlumat verilib.

Hüquqi yardıma ehtiyacı olan vətəndaşlara məsləhətlər verilib, onlar üçün müvafiq qurumlara müraciətlər, ərizə və şikayətlər tərtib edilib
Hüquqi yardıma ehtiyacı olan vətəndaşlara məsləhətlər verilib, onlar üçün müvafiq qurumlara müraciətlər, ərizə və şikayətlər tərtib edilib

Bildirilib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşan layihənin məqsəd və vəzifələri əsasən aşağıdakılardır: Keyfiyyətli hüquqi yardıma əlçatanlığın təmin edilməsi və sosial cəhətdən zəif müdafiə olunmuş digər insanların qanuni hüquq və maraqlarının daha səmərəli müdafiəsini təşkil edilməsi; Vətəndaşların pozulmuş hüquqlarının bərpası üçün müraciətlərin artması ilə hüquq sistemi və qanunun aliliyi prinsipinin bərqərar olmasına dəstək verilməsi; Pozulmuş hüquqların bərpa edilməsi üçün vətəndaşların hərəkətinin təşviq edilməsi.

Qeyd edilib ki, layihə çərçivəsində oktyabrın 29-da Şirvan şəhərində UNİON vəkil bürosu, vəkillər Orxan Abbasov, Rauf Əzimov, Qoşqar Bədirxanov tərəfindən vətəndaşların qəbulu həyata keçirilib: “Hüquqi yardıma ehtiyacı olan vətəndaşlara məsləhətlər verilib, onlar üçün müvafiq qurumlara müraciətlər, ərizə və şikayətlər tərtib edilib”.

Mission News Theme by Compete Themes.