Press "Enter" to skip to content

Yunus Emre İnstitutu bu dəfə Kanadada

Bülent Üçpunar

Son yeniləmə: 31 Oktyabr 2022 13:27

BAYRAQDAR MEDİA – Dünyanın bir çox nöqtəsində nümayəndəliyi olan Yunus Emre İnstitutu Kanadada fəaliyyətə başlayıb.

Bu barədə Anadolu Ajansına Yunus Emre İnstitutunun Kanada koordinatoru Bülent Üçpunar məlumat verib.

O, bildirib ki, qurum onlayn türkcə kursu ilə rəsmi olaraq fəaliyyətə başlayıb.

Yunus Emre İnstitutunun bütün dünyada mədəniyyət mərkəzləri açdığını xatırladan B.Üçpunar, “Gələn ay Yunus Emre İnstitutu Toronto Türk Mədəniyyət Mərkəzini açacağıq. Kanadadakı fəaliyyətimiz Toronto mərkəzli olmaqla ölkənin aparıcı şəhər və əyalətlərində baş tutacaq”, – deyib.

O, daha sonra “Kanada bizim üçün bir çox cəhətdən əhəmiyyətli bir ölkədir. Biz mədəni fəaliyyətlərlə iki ölkə arasında güclü əlaqələrin qurulmasına töhfə verməyi hədəfləyirik”, – deyə əlavə edib.

Mission News Theme by Compete Themes.