Press "Enter" to skip to content

Eskişehir Azərbaycanlılar Dərnəyi bayrama hazırlaşır

Cavid Aydın: Dekabrın 30-da keçiriləcək bədii-əyləncəli gecə üçün maraqlı proqram da hazırlamışıq

BAYRAQDAR MEDİA – “ Hər il olduğu kimi bu il də 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni illə əlaqədar bayram tədbirimiz olacaq”.

Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın deyib.

O, qeyd edib ki, bayram tədbiri dekabrın 30-da keçiriləcək: “Eskişehirdəki azərbaycanlıların, dərnəyimizin İdarə Heyətinin üzvlərinin və burada təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə gerçəkləşəcək bədii-əyləncəli gecə üçün maraqlı proqram da hazırlamışıq”.

C.Aydının sözlərinə görə, bayram tədbirində təbrik çıxışları olacaq və musiqilər dinlənəcək: “Ümumiyyətlə bu bayram tədbiri də maraqlı məqamlarla yadda qalsın”.

Mission News Theme by Compete Themes.