Press "Enter" to skip to content

Başqırdıstanın müstəqilliyinin tanınması üçün müraciət edildi

Ukrayna Ali Radası

BAYRAQDAR MEDİA – 2022-ci ilin son günlərində Ukrayna Ali Radasının deputatları Oleq Dunda və Georgi Mazuraşu “Başqırdıstan Respublikasının dövlət suverenliyinin və müstəqilliyinin tanınması ilə bağlı” qanun layihəsini irəli sürüb.

Ali Radanın rəsmi saytında yayımlanan məlumata görə, dekabrın 29-da daxil olan layihə ayın 30-da müvafiq komitəyə yönləndirilib.

Qeyd edək ki, qanun layihəsi Radada dəstəklənərsə (ki, buna şübhə yoxdur), növbəti mərhələdə ölkə Prezidentinin təsdiqinə göndəriləcək.

Əlavə edək ki, bundan öncə Ukrayna Ali Radası Rusiyanın işğalı altında olan Çeçenistan və Tatarıstanın müstəqilliyinin tanınması ilə bağlı da müraciətlər qəbul edib.

Ukrayna Ali Radasına Tatarıstanla bağlı müraciət edildi

O qanunlarda adı keçən respublikaların Ukrayna tərəfindən tanınması ilə bağlı dünya dövlətlərinə də bənzər çağırış edilib.

Ukrayna Çeçenistanı Rusiyanın işğal etdiyi ərazi kimi tanıdı

Çox güman ki, Başqırdıstanla bağlı da bənzər qanun qəbul ediləcək və onun dünya dövlətləri tərəfindən tanınmasına çağırış ediləcək.

Mission News Theme by Compete Themes.