Press "Enter" to skip to content

Prezident deputatı “Şöhrət” ordeni ilə təltif edib

Prezident İlham Əliyev

BAYRAQDAR MEDİA – Yanvarın 2-də Prezident İlham Əliyev Milli Məclisin deputatı Əli Məsimlinin “Şöhrət” ordeni ilə təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Deputat “Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə” görə təltif edilib.

Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.

Qeyd edək ki, milli dava adamı olan və xalqın təqdirini görən deputat Ə.Məsimlinin yanvarın 3-də 70 yaşı tamam olur. O, istər deputat olduğu dövrdə, istərsə də bütün ictimai-siyasi fəaliyyəti dönəmində daim milli təəssübkeşliyi və xalqa açıq olmasıyla seçilib. Bu baxımdan Prezidentin onu belə yüksək təltifə layiq görməsi əlbəttə ki, təqdir görəcəkdir.

Biz də BAYRAQDAR MEDİA olaraq dəyərli deputatı həm 70 yaşının tamam olması, həm də yüksək təltifə layiq görülməsi münasibətilə təbrik edir, ona bundan sonrakı fəaliyyətində də uğurlar diləyirik.

Mission News Theme by Compete Themes.