Press "Enter" to skip to content

Azərbaycan uğrunda şəhid olmuş qazax balasının həyatı kitablaşdırılır

Nəsihə Gumarqızı efirdə

Son yeniləmə: 6 Yanvar 2023 21:06

BAYRAQDAR MEDİA – Ötən il 1-ci Qarabağ savaşında Azərbaycana gələrək işğalçı Ermənistana qarşı savaşa qatılıb şəhid olmuş bir qazax balası – Yerbol Barımbetov haqqında yazı paylaşmışdıq. Yazının müəllifi Qazaxıstanlı yazar, ictimai xadim və araşdırmaçı Nəsihə Gumarqızı Yerbolla bağlı qısa qeydlərini dəyərli oxucularımıza təqdim etmişdi.

Qarabağ uğrunda şəhid olmuş bir qazax balasının hekayəti

İndi də bəlli olub ki, N.Gumarqızı Yerbol haqqında kitab yazır. O, BAYRAQDAR MEDİA-ya bu haqda məlumat verərək bildirib ki, artıq kitabın böyük bir kəsiminin materialları hazırdır.

N.Gumarqızı qeyd edib ki, Yerbolla bağlı Qazaxıstanda araşdırmalar aparıb. O, şəhidin doğma kəndində olub, ailə üzvləri, yaxınları ilə görüşüb.

N.Gumarqızı hazırda Bakıdadır. Deyir ki, Azərbaycanda Yerbolun silahdaşlarını axtarıb tapıb və onlarla da görüşərək igid qazax balasının həyat hekayəsi ilə bağlı gərəkli bilgilər toplayıb.

Nəsihə xanım Bakıda olduğu müddətdə bir sıra media qurumlarına müsahibə verib, TV kanallarının efirində olub. BAYRAQDAR MEDİA onun Yeni Çağ Media Qrupun rus redaksiyasına (Новая Эпоха) verdiyi müsahibəni təqdim edir.

Mission News Theme by Compete Themes.