Press "Enter" to skip to content

Çinin uyğurlara qarşı zülmü davam edir

Kürşat Siracidin

Son yeniləmə: 6 Yanvar 2023 13:53

BAYRAQDAR MEDİA – Çin rejimi Doğu Türküstanda türklərə qarşı zülm, assimilyasiya və soyqırım siyasətini davam etdirir. Çinin daxili bölgələrində yaşayan, təhsil alan və dərs deyən uyğur türkləri də bu təzyiqdən öz paylarını alırlar.

Kırım Haber Ajansının məlumatına görə, uyğur türk dilçisi və yazıçısı Abdüveli Ayüp sosial media hesabında Şanxayda dərs deyən tələbəsi Kürşat Siracidinin 2021-ci ilin iyulunda Çin polisi tərəfindən saxlanılaraq həbs olunduğunu açıqlayıb: “Kürşat Siracidin Şanxayda həbs edilib. O, 1997-ci ildə anadan olub. Orta təhsilini 2016-cı ildə ABŞ-da başa vurub. Urumçidə Karluk Dili və Kompüter Məktəbində dərs deməyə başlayıb. 2017-ci ildən Şanxayda ingilis dilini tədris edir. O, 2021-ci ilin iyulunda həbs edilib. 14 yaşında mənim tələbəm olub”.

Məlumatda deyilir ki, Çin rəhbərliyinin təzyiqləri nəticəsində saxlanılaraq həbs edilən Uyğur türkləri ilə bağlı məlumatlar çox gec öyrənilə bilər.

Mission News Theme by Compete Themes.