Press "Enter" to skip to content

Hava şəraiti ilə əlaqədar sürücülərə müraciət

BAYRAQDAR MEDİA – “Ölkə ərazisində yanvarın 7-si axşamdan ayın 12-dək havanın dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi gözlənilir”.

Bu sözlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sürücülərə müraciətində öz əksini tapıb.

Qurumdan verilən məlumata görə, müraciətdə qeyd edilib ki, agentlik hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib: “Yollarda yarana biləcək hər-hansı problemin qısa müddət ərzində aradan qaldırılması üçün bütün maşın-mexanizm və texnikalar hazır vəziyyətə gətirilib. Gözlənilən hava şəraiti ilə əlaqədar sürücülər xüsusən dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarında hərəkətdə olarkən ehtiyatlı olmalı, sürət həddinə əməl etmələri və meteoroloji amilləri nəzərə almalıdırlar. Həmçinin idarə etdikləri nəqliyyat vasitələri üçün mövsümə uyğun şinlərdən istifadə etmələri tövsiyə edilir”.

Mission News Theme by Compete Themes.