Press "Enter" to skip to content

Rusiya Ukraynaya təcavüzündə 40 min cinayətkarı savaşdırır

Ukrayna küçələrində məhv edilmiş rus tankları

BAYRAQDAR MEDİA – Kremlin sahibi Vladimir Putin Kiyevi 3 ay içində ələ keçirməyi planlaşdırırdı. Lakin onun Ukraynaya qarşı təcavüzü artıq 10 aydan çoxdur ki, davam edir. Nəticədə Rusiya ordusu o qədər böyük itkilərə məruz qalıb ki, V.Putin öz gücünü kriminal elementlər hesabına bərpa etməli olub.

Bu sözlər dünyaca məşhur Almaniya nəşri Bildin “40 min cinayətkar cəbhədə” (40 000 Kriminelle an die Front) adlı yazısındandır. Yazı yanvarın 6-da yayımlanıb.

Nəşr yazır ki, Ukrayna cəbhəsində 40 min cinayətkar döyüşlərə cəlb edilib. Onların arasında bir çox qatillər var ki, ömürlük həbsə məhkum ediliblər. Bu cinayətkarlar 6 ay savaşdıqdan sonra cəzalarını çəkmiş sayılır və azad edilirlər.

İnsan haqları müdafiəçisi, “Dəmir Barmaqlıqlar Arxasındakı Rusiya” adlı təşkilatın qurucusu Olga Romanova nəşrə bildirib ki, kriminal elementlərin müharibəyə cəlb edilməsi “onların həyatlarıyla risk etməsi” kimi dəyərləndirildiyi üçün azadlıq haqqı qazanmış olurlar.

O.Romanova əldəki məlumatlara əsasən 40 minədək cinayətkarın döyüşə cəlb edildiyi haqqında məlumatlarının olduğunu deyib. O, əlavə edib ki, ABŞ kəşfiyyat xidməti də bu rəqəmi təsdiqləyir.

Mission News Theme by Compete Themes.