Press "Enter" to skip to content

İki qardaş dövlətin e-hökumətləri də qardaş oldu

Azərbaycandan Türkiyəyə e-keçid

BAYRAQDAR MEDİA – Artıq bundan sonra iki qardaş dövlətin – Azərbaycan və Türkiyənin vətəndaşları öz ölkələrinə aid e-dövlət portallarından istifadə üçün çətinlik çəkməyəcəklər. Çünki hər iki dövlətin e-dövlət platformaları qarşılıqlı şəkildə bir-birinin resurslarına keçid əlavə edib.

BAYRAQDAR MEDİA bu təqdirəlayiq işin daha da geniş tanıtılmasına qatqı üçün qarşılıqlı şəkildə iki qardaş dövlətin e-dövlət portallarına keçidi diqqətə çatdırmağı zəruri sayır.

Qeyd edək ki, Türkiyənin e-Devlet qapısının saytında Azərbaycanın e-hökumət portalına keçid “Kardeş Ülke Azerbaycan e-Devlet Portali” adı altında işlək keçidlə təqdim edilib.

Türkiyədən Azərbaycana e-keçid
Türkiyədən Azərbaycana e-keçid

Azərbaycanın e-hökumət portalında isə Türkiyənin e-dövlət portalına keçid “Qardaş ölkə Türkiyənin e-Devlet portalı” adı altında işlək keçidlə verilib.

Əlavə edək ki, Azərbaycanın türk dövlətləri, özəlliklə də Türkiyə ilə inteqrasiya yolunda atdığı bu cür addımlar dövlətin imkanlarını genişləndirməklə yanaşı vətəndaşların da xidmətlərə daha rahat əlçatanlığını təmin edir.

Mission News Theme by Compete Themes.