Press "Enter" to skip to content

Krım tatarlarına işgəncə verilir

Son yeniləmə: 7 Yanvar 2023 11:38

BAYRAQDAR MEDİA – Rusiya işğalçı qüvvələri Krımda təzyiqlərini davam etdirir.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Məlumatda deyilir ki, 24 fevral 2022-ci il tarixində Ukraynaya qarşı genişmiqyaslı hücuma keçərək Xerson və Zaporojye bölgələrini nəzarətə götürən işğalçılar, başda Krım tatarları olmaqla bölgədə yaşayan fəalları hədəf alıb: “Krım Tatar Milli Məclisinin (KTMM) üzvü və Krım Tatar Resurs Mərkəzinin rəhbəri Eskender Bariyev Rusiyanın işğal etdiyi Xerson və Zaporojye vilayətlərində saxlanılan Ukrayna vətəndaşlarının Krımdakı təcridxanalara köçürüldüyünü və orada işgəncələrə məruz qaldığını açıqlayıb”.

Məlumata görə, saxlanılanlar arasında çoxlu sayda Krım tatarının olduğunu bildirən E.Bariyev deyib: “İşğalçılar Akmescitdə (Simferopol) ikinci təcridxana tikib və Ukraynanın yeni işğal olunmuş rayonlarından gətirilən insanları ayrıca blokda kameralarda saxlayıblar. Həmin şəxslər ayrı-ayrı kameralarda saxlanılır, onlara işgəncə verilir”.

Mission News Theme by Compete Themes.