Press "Enter" to skip to content

Quzey Makedoniya Türkiyədən enerji idxal edəcək

Kreşnik Bekteşi

Son yeniləmə: 7 Yanvar 2023 10:02

BAYRAQDAR MEDİA – Quzey Makedoniyanın iqtisadiyyat naziri Kreşnik Bekteşi ölkəsinin Türkiyədən elektrik və qaz idxalını artıracağını açıqlayıb.

Bu barədə Balkan News məlumat yayıb.

Məlumata görə, Quzey Makedoniyanın paytaxtı Skopyedə enerji və təbii sərvətlər naziri Fatih Dönmez ilə görüşən Bekteşi görüşdən sonra açıqlama verib.

O, Türkiyə ilə enerji sahəsində əməkdaşlığı genişləndirmək qərarına gəldiklərini deyib. K.Bekteşi, Türkiyənin enerji böhranı başlayandan bəri onlara dəstək verən ilk ölkə olduğunu bildirib.

Yaxın vaxtlarda iki ölkə arasında anlaşma memorandumu imzalanacağını xatırladan Bekteşi, “Böhranı birlikdə aşacağıq. İnanıram ki, iki ölkənin iqtisadiyyatını yaxşılaşdıracaq yeni perspektivlərə çatacağıq” deyib.

Mission News Theme by Compete Themes.