Press "Enter" to skip to content

Azərbaycan qaziləri Anıtqəbri ziyarət edib

Anıtqəbir önündə xatirə fotosu

Son yeniləmə: 9 Yanvar 2023 17:22

Emin Həsənli: Ziyarətə gələn Türkiyə vətəndaşları bizə yaxınlaşır, tarixi Zəfərin əldə edilməsinə görə bir daha qaziləri təbrik edir və xatirə şəkli çəkdirirdilər

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, Azərbaycan qazilərinin bir qrupu qardaş Türkiyədədir. Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı, Türkiye Muharib Gaziler Derneğinin dəvəti ilə reallaşan səfər çərçivəsində ötən həftə qazilər Mersin, Adana, Tarsus və Ceyhanda olublar.

Azərbaycan qazilərinin iştirakı ilə yaddaqalan tədbir

Yanvarın 9-da isə Azərbaycan qaziləri paytaxt Ankarada Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kemal Atatürkün məzarını – Anıtqəbri ziyarət ediblər.

Bu barədə BAYRAQDAR MEDİA-ya səfərin təşkilatçısı, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli məlumat verib.

Ziyarət zamanı
Ziyarət zamanı

O, “Biz ənənəyə sadiq qalaraq paytaxt Ankaraya gələn kimi, ilk növbədə Anıtqəbri ziyarət etdik. Ziyarət zamanı dahi Mustafa Kamal Atatürkün söylədiyi “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Onların arzularına nail olmaları, müstəqil və azad yaşamaları bizi çox məmnun edər və sevindirər. Azərbaycan bizim qardaşımızdır. Heç nəyə baxmayaraq ona yardım etmək borcumuzdur” kəlamını bir daha xatırladıq və Türkiyə Cümhuriyyətinin banisinin ruhuna dualar oxuduq” deyib.

Sadə vətəndaşların Azərbaycan qazilərinə diqqəti
Sadə vətəndaşların Azərbaycan qazilərinə diqqəti

E.Həsənli onu da bildirib ki, ziyarət maraqlı və təsirli məqamlarla yadda qalıb: “Ziyarətə gələn Türkiyə vətəndaşları Azərbaycan qazilərini görən kimi bizə yaxınlaşır, səmimi söhbət edir, tarixi Zəfərin əldə edilməsinə görə bir daha qazilərimizi təbrik edir və xatirə şəkli çəkdirirdilər”.

E.Həsənli deyib ki, Azərbaycan qaziləri Ankara Böyükşəhər Blədiyyəsinin başqanı Mansur Yavaşla görüşüb.

Ankara Böyük şəhər bələdiyyə başqanı Mansur Yavaşla görüş
Ankara Böyük şəhər bələdiyyə başqanı Mansur Yavaşla görüş

Görüşdə E.Həsənli Türkiyə-Azərbaycan qardaşlığından, Qarabağ müharibəsində qardaş Türkiyənin bizə mənəvi-siyasi dəstəyindən və bu dəstəyin hər zaman qarşılıqlı şəkildə olduğundan söhbət açıb: “Öz növbəsində M.Yavaş qazilərimizi görməkdən məmnun olduğunu dedi və Zəfər münasibətilə təbrik etdi. O, qardaşlığımızın əbədi olmasını dilədi. Sonra qazilərimiz tərəfindən bələdiyyə başqanına hədiyyələr təqdim edildi və xatirə şəkli çəkildi”.

E.Həsənli deyib ki, Azərbaycan qaziləri Ankarada bir sıra digər görüşlərdə də iştirak ediblər.

Mission News Theme by Compete Themes.