Press "Enter" to skip to content

Bakıda Beynəlxalq STEAM təlimi keçiriləcək

Son yeniləmə: 9 Yanvar 2023 15:27

BAYRAQDAR MEDİA – Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Hədəfdə STEAM – 5” Beynəlxalq İnteraktiv Təlimi keçiriləcək.

Bu barədə BAYRAQDAR MEDİA-ya tədbirin təşkilatçısı olan Hədəf STEAM liseyindən məlumat verilib.

Bildirilib ki, tədbir 27 -28yanvar 2023-cü il tarixdə Hədəf Liseyinin Nəsimi filialında keçiriləcək: “Artıq beçincisi reallaşacaq bu təlim 2019-cu ildən Azərbaycanın İlk STEAM liseyi olan Hədəf liseyi tərəfindən keçirilir. Bu müddət ərzində təlimi keçib, sertifikat alan yüzlərlə müəllim var. Təlim-treyninqlərin əsas məqsədi müasir dünyanın ən qabaqcıl təhsil modellərindən olan STEAM əsaslı təhsilin ölkəmizdə tətbiqi təcrübəsini paylaşmaqdır. İştirakçılar STEAM, Makeblock robotiks, Arduino, MatataLab, Robotzadə, və Fischertechnik kimi metod və məhsullarının, CNC lazer və 3D printer aparatlarının tətbiqi ilə toxunaraq, edərək, ev tapşırığına ehtiyac olmadan dərslərdə öyrənmənin effektivliyini müşahidə edəcək, STEAM dərslərinin qurulması, STEAM əsaslı təhsildə fənlərin inteqrasiyasından düzgün istifadə, hümanitar fənlərin STEAM dərsində aktiv iştirak edəcək, STEAMla bağlı suallara cavab tapacaqlar”.

Qeyd edilib ki, təlim-treyninqlər müasir təhsil işçilərinin məruzələrindən, 5 blokda 5 fərqli təlim modelləri üzərində qurulmuş interaktiv və inteqrativ dərslərdən, məruzəçilərin və təşkilatçıların panel toplantısından ibarət olacaq: “Təlimə hər blok üzrə 25müdavim qəbul edilir. Təlimin sonunda iştirakçılara Hədəfdə STEAM sertifikatı və Hədəf nəşrlərindən kitab hədiyyələri veriləcəkdir. Qeydiyyat üçün bu linkə daxil ola bilərsiniz”.

 

Mission News Theme by Compete Themes.