Press "Enter" to skip to content

Güney Azərbaycan Cümhuriyyəti uğrunda mübarizə aparılır

Mahmud Bilgin

Son yeniləmə: 9 Yanvar 2023 11:26

Mahmud Bilgin: İndiki İran keşmiş SSRİ-nin son vaxtlarını xatırladır

BAYRAQDAR MEDİA – “Mən Azərbaycanda sovet dövründə də olmuşam. Həmin vaxt, 1988-89-cu illərdə burada insanların böyük əksəriyyəti rus dilində danışırdı. Hər yerdə tablolar rus dilində idi. Düzü, biz bunu görəndən sonra çox ümidsiz idik. Deyirdik ki, Azərbaycan deyil, bura sanki rus yurdudur. Amma 1991-1992-ci illərdə bir də bura gəldim və gördüm ki, Azərbaycan türkcəsi öz yerini alıb. Şəhərin siması dəyişib”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgin deyib.

O, “Şükürlər olsun ki, bu gün müstəqil Azərbaycan Respublikası yaranıb. Bu gün biz bu tayda xoşbəxt cəmiyyət qurmuşuq. Amma Güney Azərbaycan hələ də əsarət altındadır” deyə qeyd edib.

M.Bilgin bildirib ki, hazırda İran rejiminin əsarətində olan Güney Azərbaycan türklərinin bütün haqları əlindən alınıb: “Fars-molla rejimi xalqımıza qarşı basqıları daha da artırıb. Bu gün orada Güney Azərbaycan Cümhuriyyəti uğrunda mübarizə aparılır. Dövlətçilik üçün mübarizə aparılır. Hazırda İranda gedən proseslər bizi ona yönəldir ki, Güney Azərbaycan məsələsini birinci faktora çevirək. Çünki indi Güney Azərbaycanın taleyi ilə bağlı çox önəmli və uyğun bir şərait yaranıb. Bu cür fürsətlər bəlkə yüz ildə bir dəfə olur”.

Müsahibimiz hazırda İranda baş verənlərlə keçmiş SSRİ-nin sonlarında baş verənləri də müqayisə edib: “Əslində, mən bu gün İranda yaşananları ötən əsrin səksəninci illərinin sonu, doxsanıncı illərinin əvvəllərində keçmiş SSRİ-də baş verənlərlə müqayisə edirəm. Necə ki, o vaxt SSRİ-nin mərkəzi – Moskva siyasi və iqtisadi baxımdan çökdü və əsarətdəki xalqlar öz dövlət müstəqilliklərini elan etdilər, indi də Tehran rejimi, fars-molla şovinist rejimi çökəcək və xalqlar öz müqəddəratını həll edəcəklər. Biz bu prosesə hazır olmalıyıq”.

Mission News Theme by Compete Themes.