Press "Enter" to skip to content

Rus əsgərləri acınacaqlı durumadadır

Son yeniləmə: 9 Yanvar 2023 16:13

BAYRAQDAR MEDİAYakutiyadan cəbhəyə zorla göndərilən iki yakut əsgəri dünyanın ən böyük ordularından biri olduğu iddia edilən rus ordusunun zəifliyini ortaya çıxarıb.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Məlumatda deyilir ki, fevralın 24-də Rusiyanın Ukraynaya işğal cəhdi davam edərkən, Ukraynaya qarşı zəifləmiş Rusiyanın səfərbərlik elan etməsi nəticəsində yakut xalqı zorla müharibəyə sürükləndi: “Səfərbərlik elan edildikdən sonra yakut fəalları Rusiyaya təcavüz hərəkətlərinə etiraz ediblər və onların bir çoxu saxlanılıb. Səfərbərliyə və Ukraynanı işğal etmək cəhdinə qarşı çıxan bir çox yakutların işlərinə Rusiyada baxılmaqda davam edir”.

Qeyd olunub ki, Ukraynada döyüşmək üçün 8 min km uzağa göndərilən yakut əsgərləri yaşadıqları biabırçılığı izah etmək üçün video çəkiblər: “Videodakı iki əsgər işğalçı rus ordusunun zəifliyini və təşkilatsızlığını bütün həqiqətləri ilə ortaya qoyub. Dünyanın ən böyük ordularından biri olduğu iddia edilən işğalçı Rusiya ordusunun əsgərlərini doyura bilmədiyi və hərbi texnika problemi olduğu bir daha ortaya çıxıb”.

Əsgərlər cəbhə xəttində olduqlarını və işğalçı Rusiya ordusunun hələ də İkinci Dünya Müharibəsi illərində olduğu kimi əsgərləri ilə qaba rəftar etdiyini bildiriblər.

Mission News Theme by Compete Themes.