Press "Enter" to skip to content

“20 Yanvarda doğulanlar”ın treyleri yayımlanıb – VİDEO

Son yeniləmə: 10 Yanvar 2023 16:39

BAYRAQDAR MEDİA – “20 Yanvarda doğulanlar” adlı bədii-sənədli filmin treyleri yayımlanıb. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) təşəbbüsü əsasında çəkilən film Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi olan 20 Yanvar hadisələri və bu hadisələr zamanı şücaət göstərmiş  dənizçilər haqqındadır.

Bu barədə qurumdan məlumat verilib.

Bildirilib ki, filmin ssenarisi hadisələrin iştirakçısı olmuş dənizçilərin açıqlamaları və xatirələri əsasında yazılıb: “Həmçinin ssenarinin ərsəyə gəlməsində o dövrün araşdırmaçı tarixçiləri, peşəkar ssenaristlər və hərbi ekspertlər də yaxından iştirak ediblər. Bədii-sənədli filmin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Elxan Cəfərovdur. Qeyd edək ki, “20 Yanvarda doğulanlar” filmi 20 yanvar 2023-cü ildə İTV-də və ASCO-nun bütün rəsmi sosial şəbəkə hesablarında yayımlanacaq”.

Mission News Theme by Compete Themes.