Press "Enter" to skip to content

Air Ankanın ilk sərnişinləri Survivor Türkiyə yarışmasının komandası olub

Son yeniləmə: 10 Yanvar 2023 13:40

BAYARQDAR MEDİA – Türkiyədə daha bir hava yolu şirkəti fəaliyyətə başlayıb.

Airporthaber-in məlumatına görə, 2022-ci ilin yayında Mülki Aviasiya Baş İdarəsindən yükdaşıma lisenziyası alan şirkət sərnişindaşıma lisenziyasını da ötən həftənin sonu alıb. Şirkət artıq ilk sərnişin uçuşunu həyata keçirib.

Məlumata görə, sərnişin daşıma lisenziyasını alan Air Anka ilk uçuşunda Survivor Türkiyə yarışmasının komandasını Dominikana aparıb.

Şirkət Survivor Türkiyə yarışmasının nəqliyyat sponsoru kimi bu reysi həyata keçirib. Ümumilikdə 241 sərnişinlə İstanbul hava limanından havaya qalxan təyyarə 13 saat 6 dəqqə sonra Dominikan Santo Domingo La Romana hava limanına çatıb.

Mission News Theme by Compete Themes.