Press "Enter" to skip to content

Rusiya tatarların sayını süni şəkildə azaldıb – VİDEO

Danis Şakirov

Son yeniləmə: 10 Yanvar 2023 19:54

BAYRAQDAR MEDİA – Dünya Tatarları Konqresi İcraiyyə Komitəsinin sədri Danis Şakirov bildirib ki, Rusiyada ən azı 5,5 mln tatar yaşayır.

Bu haqda xəbəri yanvarın 10-da Tatar İnform yayıb.

Xəbərdə deyilir ki, D.Şakirov keçirdiyi mətbuat konfransında 2021-ci ilin siyahıyaalması zamanı Rusiya üzrə heç də bütün tatarlar qeydə alınmayıb.

O, qeyd edib ki, COVID-19 şəraitində siyahıyaalmanın aparılması bir çox insanların bu prosesdən kənarda qalmasına səbəb olub. D.Şakirov deyib ki, Dünya Tatarları Konqresinin hesablamalarına görə Rusiyada 5,5 mln tatar yaşayır. Bu isə ölkə üzrə say baxımından ruslardan sonra ikinci olmaq deməkdir.

Tatar İnform xatırladır ki, 2021-ci ilin siyahıyaalmasına görə, Rusiyadakı tatarların sayı 4,7 mln nəfər göstərilib. Bu isə bir öncəki siyahıyaalmaya nisbətdə 600 min nəfər azdır.

Daha öncəki siyahıyaalma 2010-cu ildə olub. O vaxt tatarların ümumi sayı 5 mln 311 minə qədər idi.

Əlavə edək ki, tatarlarla bağlı rəqəmlərin belə kəskin fərqlənməsi bir daha göstərir ki, Rusiya bir dövlət olaraq qeyri-rusların, əsasən də tatarların süni şəkildə yox edilməsi istiqamətində ciddi çalışır.

Mission News Theme by Compete Themes.