Press "Enter" to skip to content

Yunanıstana qaçmaq istəyən FETÖ-çülər tutulub

Türkiyə sərhədləri etıbarlı şəıkildə qorunur

Son yeniləmə: 10 Yanvar 2023 13:29

BAYRAQDAR MEDİA – Bir neçə gün öncə Türkiyədən Yunanıstana qaçmağa cəhd edən Fətullahçı Terror Təşkilatının (FETÖ) iki üzvü Edirnedə saxlanılıb.

Kırım Haber Ajansı məlumatına görə, 54-cü Mexanikləşdirilmiş Piyada Briqada Komandanlığının sərhəd bölmələri Enez rayonu yaxınlığındakı birinci dərəcəli hərbi qadağa zonasına nəzarət edib: “Nəzarət zamanı Yunanıstana qaçmağa çalışdığı üzə çıxan FETÖ üzvü H.B. və F.T. tutuldu”.

Məlumatda həmçinin, Anadolu Ajansına istinadən bildirilir ki, nəzarətə alınan şübhəlilərlə bağlı jandarm əməliyyatları davam edir.

Mission News Theme by Compete Themes.