Press "Enter" to skip to content

İstedadlı şagirdlərin nəzərinə

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

Orta məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün eksternat qaydasında imtahan keçiriləcək

BAYRAQDAR MEDİA – Ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçiriləcək. Eksternat imtahanı yanvarın 12-də təşkil olunacaq.

Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarın 11-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi təhsil müəssisələri tərəfindən müvafiq müşayiət məktubu ilə adları təqdim edilmiş şagirdlərin biliyi test imtahanı vasitəsilə yoxlanılacaq: “İmtahan hər fəndən 10 sual olmaqla, fənn proqramlarına uyğun hazırlanacaq və nəticələr müvafiq komissiya tərəfindən 100 ballıq şkala üzrə qiymətləndiriləcək. Test imtahanından uğurla keçən istedadlı şagirdlər müsahibəyə cəlb olunacaqlar”.

Qeyd edilib ki, istedadlı şagirdlər üçün təşkil olunan eksternat imtahanı Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları” əsasında keçirilir.

Mission News Theme by Compete Themes.