Press "Enter" to skip to content

Alper Kağan Ücer: Kitabsevərləri imza gününə dəvət edirəm

Alper Kağan Ücer

Son yeniləmə: 13 Yanvar 2023 16:58

Birinci Turan kitab festivalı çərçivəsində “Sarı Saltuk Baba” müəllifin imzası ilə oxuculara təqdim ediləcək

BAYRAQDAR MEDİA – “Bakıya gəlişimdə məqsəd “Sarı Saltuk Baba” romanımın imza günündə iştirak etməkdir”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında qardaş Türkiyənin və türk dünyasının tarixi roman yazarlarından biri Çinar Ata imzası ilə tanınan Alper Kağan Ücer deyib.

Alper Kağan Ücer: Ortaq mədəniyyətimiz gələcək üçün yol xəritəmizdir

O, qeyd edib ki, bir neçə il öncə “Xan” nəşriyyatı həmin romanı Azərbaycan türkcəsinə çevirib və nəşr edib: “Məlumat üçün bildirim ki, Sarı Saltuk türk dünyasının tarixi şəxsiyyətlərindən biridir. Vəfatından əsrlər keçməsinə baxmayaraq Sarı Saltuk Baba hələ də Anadolu, rumeli və Balkan türklərinin xatirində əziz şəxsiyyət kimi yaşayır. Beləliklə, qərara gəlindi ki, Birinci Turan kitab festivalı çərçivəsində kitabın imza günü keçirilsin. Yanvarın 14-də imza günüdə iştirak edəcəm. Kitabsevərləri imza gününə dəvət edirəm”.

Alper Kağan Ücer: Ortaq mədəniyyətimiz gələcək üçün yol xəritəmizdir

Çinar Ata bildirib ki, Bakıda olduğu müddətdə bir sıra digər görüşlər də keçirib: “Mənim İmadəddin Nəsimi barədə romanım da var. Burada o romanın da Azərbaycan türkcəsinə çevrilib, çap edilməsi barədə təkliflər var. O təkliflər barədə danışıqlar aparacayıq. Həmçinin, dostlarla görüşəcəyik”.

Allah Türk’ü Nevruz’suz ve Bozkurt’suz Bırakmasın

Mission News Theme by Compete Themes.