Press "Enter" to skip to content

“Bremen musiqiçiləri” Talassemiya Mərkəzində

Son yeniləmə: 13 Yanvar 2023 17:17

BAYARQDAR MEDİA – “Maraqlı səhnə əsərləri ilə tamaşaçılarını sevindirən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı sosial layihələrdə də daim fəallığını qoruyub saxlayır. Məqsədimiz gənc nəslin mənəvi-estetik tərbiyəsi, bədii zövqünün formalaşması ilə yanaşı, müəyyən irsi xəstəliklərin daşıyıcısı olan uşaqların cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır. Elə bu məqsədi əsas tutaraq teatrın yaradıcı heyəti Talassemiya Mərkəzində çıxış edib”.

Bunu BAYRAQDAR MEDİA-ya yanvarın 13-də teatrın mətbuat xidmətindən bildiriblər.

Qeyd edilib ki, “Heydər Əliyev ili” çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, ATU Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı və Milli Hematologiya və Transfuziologiya Mərkəzi Həmkarlar İttifaqı Komitəsinin (HİK) birgə təşəbbüsü ilə xeyriyyə tədbiri keçirilib.

Xeyriyyə tədbiri çərçivəsində Mərkəzdə müalicə alan körpələr üçün “Bremen musiqiçiləri” (Y.Entin, V.Livanov) tamaşası nümayiş etdirilib: “Tamaşada aktyorlar – Anar Seyfullayev, Aygün Fətullayeva, Elşən Şıxəliyev, Bəhram Əliheydər, Xaliq Bəkirov, Nurlan Süleymanlı, Araz Pirimov, Müşfiq Əliyev, Tahir İsmayılov, Hilal Dəmirov, Nuranə Hüseynova, Gülbəniz Lətifova, Elgün Yəhyayev, Anar Səfiyev, Ramil Məmmədov, Aydın Dəmirov çıxış ediblər. Nümayişdən öncə Şaxta baba iştirakçıları salamlayaraq aktyorlarla birlikdə tamaşanı izləmək imkanı olmayan körpələrin otaqlarını ziyarət edib. Məlumat üçün bildirək ki, iki gəncin saf sevgisindən bəhs edən səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, rəsmlərin quruluşçusu Telman Şıxıyev, musiqi tərtibatçısıisə İradə Muradovadır”.

Mission News Theme by Compete Themes.