Press "Enter" to skip to content

Twitter indi də istifadəçi adlarını satmağı planlaşdırır

BAYRAQDAR MEDİA – İlon Maskın satın aldığı Twitter gəlirlərini artırmağın yollarını axtarır. Şirkət indi də istifadəçi adlarını “auksion” vasitəsilə satmağı planlaşdırır.

Kibris Türk bildirir ki, 2022-ci il oktyabrın 28-dən İ.Maskın idarəçiliyində olan Twitter bir çox dəyişikliklərə və radikal qərarlara imza atmaqda davam edir: “Amerikanın “New York Times” qəzetinin əldə etdiyi məlumata görə, şirkət istifadəçi adlarını onlayn hərrac vasitəsilə satmağı planlaşdırır. İ.Mask dekabr ayında illərlə daxil olmayan və ya istifadə olunmayan təxminən 1,5 milyard hesabın istifadəçi adlarının ləğv ediləcəyini açıqlamışdı”.

Xəbərdə qetd edilir ki. Twitter hələ ki, son yayılan xəbərlə bağlı rəsmi açıqlama verməyib.

Mission News Theme by Compete Themes.