Press "Enter" to skip to content

Yanvarın 20-də “Mənim ağ göyərçinim” göstəriləcək

Tamaşadan bir səhnə

Son yeniləmə: 16 Yanvar 2023 15:57

BAYRAQDAR MEDİA – Azərbaycanın müasir tarixinə faciəli günlərdən biri kimi daxil olan, xalqımızın qəhrəmanlıq salnaməsi, milli müstəqillik, azadlıq uğrunda mübarizəmizin rəmzinə çevrilən 20 Yanvar faciəsindən 33 il ötür. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında bu münasibətlə yazıçı-dramaturq Tamara Vəliyevanın eyniadlı əsəri əsasında hazırlanmış “Mənim ağ göyərçinim” tamaşası göstəriləcək.

Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarın 16-da teatrın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ilk və nakam məhəbbət haqqında ikihissəli səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, tərtibatçı rəssamı Gürcüstan Respublikasının tanınmış rəssamı, Tumanaşvili adına Teatrın baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverov, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdir: “Səhnə əsərində əsas obrazları əməkdar artistlər Nəsibə Eldarova, İlham Əsədov, aktyorlar İlqarə Tosova, Günel Məmmədova, Mirzəağa Mirzəyev, Ramiq Nəsirov, Kərəm Hadızadə, Anar Səfiyev, Zülfiyyə Alhüseynova, Xalidə Şərifova, Rəşad Səfərov, Ədalət Əbdülsəməd, Hüsniyyə Əhmədova, Yasəmən Malik, Rövşən Abbasovvə başqaları ifa edəcəklər. Tamaşa yanvar ayının 20-də saat 16:00-da nümayiş etdiriləcək”.

Mission News Theme by Compete Themes.