Press "Enter" to skip to content

Daha bir premyera

Tamaşadan bir səhnə

Son yeniləmə: 17 Yanvar 2023 18:31

BAYRAQDAR MEDİA – Müstəqil “M.Teatr”ın (“Mənim teatrım”) təqdimatında mərhum yazıçı Rövşən Ağayevin “Bir gecənin nağılı” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarın 17-də teatrın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tamaşada gənc bir qız sevmədiyi biri ilə nişanlanmaq istəmədiyi üçün evdən qaçır: “Gecə gənc qız parkda anasının sözündən heç bir halda çıxmayan bir oğlanla qarşılaşır. Bu təsadüfi görüş onların hər ikisinin həyatını dəyişir. Melodrama janrında hazırlanan tamaşada rolları Gülçin Qasımova və Cavid Baba ifa ediblər”.

Məlumata əsasən, tamaşanın quruluşçu rejissoru Xalq artisti Vidadi Həsənov, rejissoru Ziya Ağa, musiqi tərtibatçısı Amid Qasımov, rejissor assistenti Səbinə Süleymanovadır: “Tamaşanın plastik həlli Elnur İsmayılova məxsusdur. Maraqlı aktyor oyunu, zəngin rejissor tapıntıları ilə müşayiət olunan tamaşa gənc aktyorların səhnə debütü idi”.

Mission News Theme by Compete Themes.