Press "Enter" to skip to content

Məcid Cavadiyə yeni görəv

Məcid Cavadi

BAYRAQDAR MEDİA – Güney Azərbaycanın milli fəallarından biri, Güney Azərbaycan Milli Dirəniş Təşkilatının Türkiyə təmsilçisi, eyni zamanda Mərkəzi Şura üzvü olan Məcid Cavadiyə (Araz) yeni görəv verilib.

BAYRAQDAR MEDİA-nın da dəyərli dostu və daimi ekspertlərimizdən biri olan Məcid Cavadi Güney Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü təyin edilib. Təşkilatın bununla bağlı açıqlamasında deyilir: “Dəyərli Azərbaycan türk milləti. Bu vəsilə ilə bildirilir ki, sayın Məcid Cavadi Araz, təşkilat üzvlərimizin çoxunluq səsi və mərkəzi şuramızın qərarı ilə Azərbaycan Milli Dirəniş Təşkilatının sözçülüyü görəvinə təyin edilmişdir. Təşkilatımızın qurucu üzvlərindən və Mərkəzi Şura üzvü olan sayın Məcid Cavadi Araza bundan sonrakı sözçülük vəzifəsində uğurlar diləyir, vətən – millət azadlığı uğrundakı mücadiləmizə xeyirli olmasını diləyirik”.

Biz də BAYRAQDAR MEDİA olaraq Məcid bəyə yeni görəvində uğurlar arzu edirik. Arzu edirik ki, ona yeni görəvlər azad Güney Azərbaycanda, azad Təbrizdə verilsin.

Mission News Theme by Compete Themes.