Press "Enter" to skip to content

Lefkoşa Bələdiyyə Teatrının fevral repertuarında 3 tamaşa

BAYRAQDAR MEDİA – Fevral ayında Lefkoşa Bələdiyyə Teatrı böyüklər üçün iki, uşaqlar üçün isə bir tamaşa təqdim edəcək.

Bu barədə Kibris Postasi məlumat yayıb.

Məlumatda bildirilib ki, Lefkoşa Bələdiyyə Teatrı fevral ayında Girne və Lefkoşada üç tamaşanə tamaşaçılarıa təqdim edəcək: “Bələdiyyədən verilən məlumata görə, Flavia Kostenin yazdığı, rejissoru Osman Ateş olan bir pərdəli “Pula yox” komediyasının hər çərşənbə və cümə günləri Lefkoşa Bələdiyyə Teatrında nümayişi davam etdiriləcək. Bundan əlavə, “Biz sizə yeranıq” tamaşası ölkədə qastrol səfərindədir. Tamaşa 11 fevral şənbə günü saat 20:00-da Girne Bələdiyyəsi Kamera Teatrında nümayiş olunacaq”.

Açıqlamaya görə, teatr uşaq tamaşaçılarını unutmur: “Fevral tətilini səmərəli istifadə etmək üçün uşaqlara “Karagöz Sehirli Tərəvəzləri”lə təqdim olunacaq.

Tamaşalar 7 və 14 fevral çərşənbə axşamı, saat 17.00-da Lefkoşa Bələdiyyə Teatrı salonunda olacaq”.

Mission News Theme by Compete Themes.