Press "Enter" to skip to content

Akademik Musiqili Teatrda “Bir nəfəs qədər”

Tamaşadan bir səhnə

Son yeniləmə: 20 Yanvar 2023 13:18

BAYRAQDAR MEDİA – 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar yanvarın 20-də saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Bir nəfəs qədər” tamaşası nümayiş olunacaq.

Bu barədə BAYRAQDAR MEDİA-ya teatrdan məlumat verilib.

Bildirilib ki, Azərbaycanın qürur mənbəyi olan şəhid və qazilərə, eləcə də tarixi zəfərin əsas simasına çevrilən analara həsr edilən səhnə əsəri rejissor Samir Qulamovun pyesi və quruluşu əsasında ərsəyə gəlib: “SSRİ Xalq artisti Fikrət Əmirovun musiqisi əsasında hazırlanan tamaşanın ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayevdir.

Səhnə əsərini quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Leyla Ağayeva, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur. Tamaşada eyni zamanda Prezident təqaüdçüsü, gənc pianoçu Kamil Həsənovun fortepiano musiqisindən istifadə olunur”.

Qeyd olunub ki, tamaşada Əməkdar artist Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Gülcahan Salamova, Əmrah Dadaşov, Nəzrin İsmayılzadə, İbrahim Əlizadə, Səmədzadə Xasiyev, Hidayət Əliyev, Ofeliya Novruzqızı, Əli Kərimov, Murad Əliyev iştirak edəcəklər. Qeyd edək ki, “Bir nəfəs qədər” tamaşası fevral ayının 26-da saat 19:00-da Xocalı Soyqırımının ildönümü ilə əlaqədar bir daha nümayiş ediləcək”.

Mission News Theme by Compete Themes.