Press "Enter" to skip to content

Nursultan Nazarbayev ürək əməliyyatı keçirib

Elbaşı Nursultan Nazarbayev

BAYRAQDAR MEDİA – Qardaş Qazaxıstanın 1-ci Prezidenti, türk dünyasının ağsaqqalı Nursultan Nazarbayev ürək əməliyyatı keçirib.

Bu haqda xəbəri N.Nazarbayevin mətbuat katibi Aydos Uqibay yanvarın 20-də özünün sosial media hesabında paylaşıb.

Xəbərdə deyilir ki, N.Nazarbayev ürək əməliyyatı keçirib. Əməliyyat uğurla başa çatıb. 1-ci Prezidentin həyatı üçün təhlükə yoxdur. Hazırda o, müşahidə altındadır. Əməliyyat [Qazaxıstan] Milli Elmi Ürək Cərrahiyyəsi Mərkəzində keçirilib. Əməliyyata məşhur ürək cərrahı Yuri Pya başçılıq edib.

Mission News Theme by Compete Themes.