Press "Enter" to skip to content

Finalçılar məlumdur

BAYRAQDAR MEDİA – Keçmiş Yuqoslaviya dövründən bu günə kimi Serbiyada nəşr olunan həftəlik NIN qəzeti tərəfindən ilin ən yaxşı romanı müsabiqəsi keçirlir. Artıq 20223-cü il üçün ədəbi mükafatın qalibi yanvarın 23-də elan olunacaq.

Bu barədə Balkan News məlumat yayıb.

Bildirilib ki, ilk nömrəsi 26 yanvar 1935-ci ildə işıq üzü görən qəzetin bölgənin ən mühüm ədəbi mükafatlarından biri olan NİN mükafatının münsiflər heyətinin müəyyən etdiyi altı romandan birinə verilməsi gözlənilir.

Qeyd edilib ki, tənqidçilərdən ibarət münsiflər heyətinin üzvləri Mariya Neneziç, Milena Corcijeviç, Zarka Svircev, Qoran Korunoviç və Teofil Pançikin 177 ədəbi əsəri arasından final üçün altı əsər seçiblər.

O da vurğulanıb ki, qeyd edilib ki, finalçılardan biri olan Qoran Petroviç 2000-ci ildə NIN mükafatına layiq görülüb: “Ugljesa Sajtinacın romanı 2011-ci ildə finala yüksələn əsərlər sırasında olub. Digər tərəfdən, Milan Tripkoviç ikinci romanı ilə, Danica Vukiceviç, Mirjana Drljevic və Marijana Canak isə ilk romanları ilə yarışır”.

Mission News Theme by Compete Themes.