Press "Enter" to skip to content

“Gənclər arasında mühasib peşə təhsili və peşə seçiminin təbliği”

Son yeniləmə: 23 Yanvar 2023 18:17

BAYRAQDAR MEDİA Gənc Mühasiblər İctimai Birliyinin “Gənclər arasında mühasib peşə təhsili və peşə seçiminin təbliği” layihəsinin icrasına başlanılıb.

Bu barədə BAYARQDAR MEDİA-ya İctimai Birlikdən məlumat verilib.

Bildirilib ki, layihə Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir: “Belə ki, layihənin əsas məqsədi gənclərin peşə seçimində düzgün qərar vermələrinə, gələcəkdə karyera qurmalarına və məşğulluq problemlərinin risksiz həllinə kömək etmək, real əmək bazarındakı mövcud vəziyyəti düzgün qiymətləndirərək iş tapmaq problemindən onları azad etməkdən ibarətdir. Bu məqsədlə Şəki və Qəbələ şəhərində mühasibatlıq və karyera ilə bağlı təlimlərin keçirilməsi, sonda isə Milli Mühasiblər Forumunun II hissəsinin keçirilməsi nəzərdə tutulur”.

Qeyd edilib ki, layihə nəticəsində gənc mühasiblərin bilik və bacarıqlarının nəzəri və praktiki əsaslarla möhkəmləndirilməsi, onların peşəkar mühasib və təlimçi kimi inkişaf etmələrinə təkan veriləcək: “Gənc mühasiblərin karyera yönümlü hazırlığı təşkil olunacaq,onların işlə təmin olunmalarına fürsət yaranacaqdır. HəmçininII Milli Mühasiblər Forumu nəticəsində Bakı şəhəri və regionlardakı gənclərə yeni dünya görüşü qatacaq, onların peşə seçimi və karyera inkişafı ilə bağlı sualları cavablandırılacaqdır. KİV vasitəsilə layihə barədə ictimaiyyətə məlumat çatdırılacaq”.

Layihə 20 dekabr 2022-ci il tarixindən 20mart 2023-cü il tarixinə qədər müddəti əhatə edir.

Mission News Theme by Compete Themes.