Press "Enter" to skip to content

Kanada mətbuatında türk birliyi və Şuşa haqqında maraqlı yazı

Son yeniləmə: 24 Yanvar 2023 17:08

BAYRAQDAR MEDİA – Kanadanın nüfuzlu “Thej.ca” yəhudi media platformasında “Bakı/Şuşa Forumunda mühüm Anlaşma Memorandumu imzalanıb” sərlövhəli məqalə dərc olunub.

Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarın 24-də Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumata əsasən, məqalə tanınmış israilli politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham tərəfindən qələmə alınıb: “Məqalədə bildirilib ki, Azərbaycan, Türkiyə, Özbəkistan və Qırğız Respublikasının diaspor məsələlərinə məsul dövlət qurumlarının rəhbərləri arasında imzalanmış anlaşma memorandumu türk xalqlarının diasporlarının öz ana dillərində təhsil almaq imkanlarını təşviq etməklə yanaşı, türk toplumları arasında birliyi gücləndirəcək. Forum iştirakçıları tərəfindən qəbul edilmiş birgə bəyanata istinadən qeyd olunub ki, 200 milyonluq türk dünyasının bir hissəsi olan Azərbaycandan kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Bakı/Şuşa Forumunda, həmçinin Türk Diasporlarının Birgə Fəaliyyət Strategiyası çərçivəsində türk dövlətlərinin ortaq diaspor siyasəti barədə də razılığa gəlinib”.

Müxtəlif siyasi ekspertlərin fikirlərinin yer aldığı məqalədə diqqətə çatdırılıb ki, Qarabağ müharibəsi türk dünyasının XXI əsrdə apardığı ən böyük azadlıq savaşı, türk dünyasında uzunmüddətli azadlığın oyanışının başlanğıcıdır: “Türk birliyinin məqsədi türklərin yaşadıqları bölgəni dünyadan ayırmaq deyil, əksinə, dünya ilə əlaqələndirməkdir. Türk birliyinin idealı azadlıq hərəkatıdır və onun atəşi bu əsrdə Şuşada alovlanıb.

Memorandumun imzalanması türk dünyasının diaspor birliyinin yaradılması istiqamətində ilk mühüm addım kimi qiymətləndirilib. 2023-cü ildə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin gənclər forumunun keçiriləcəyi bildirilib”.

Mission News Theme by Compete Themes.