Press "Enter" to skip to content

Quzey Makedoniyanın gözü “Bayraktar TB2″də

Son yeniləmə: 25 Yanvar 2023 15:48

BAYRAQDAR MEDİA – Türkiyədə istehsal olunan “Bayraktar TB2” silahlı pilotsuz uçuş aparatları (SİHA) hər gün fərqli bir ölkənin marağına səbəb olur. Onlarla ölkəyə verilən SİHA-lara Macarıstan, Serbiya, Anqola və Albaniya kimi ölkələr də maraq göstərir.

Artıq SİHA-lar başqa bir Balkan ölkəsi Quzey Makedoniyanın da gündəminə gəlməyə başlayıb.

Bu barədə Anadolu Ajansına istinadə edən Balkan News məlumat yayıb.

Bildirilib ki, Quzey Makedoniya Prezidenti Stevo Pendarovski qarşıdakı dövrdə Türkiyə ilə hərbi əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu deyib. S.Pendarovski iki ölkə arasında hərbi ortaqlığın illər əvvəl başladığını və Quzey Makedoniya Ordusunda bir çox yüksək rütbəli əsgərin türk hərbi məktəblərində təhsil aldığını xatırladıb.

Türkiyədən SİHA-ların alınmasının Skopyenin gündəmində olub-olmaması ilə bağlı sualı cavablandıran S.Pendarovski, son bir il yarımda Türkiyədən bəzi hərbi texnika və silahların alınması üçün yeni addımlar atıdqlarını bildirib:“Ukrayna və Rusiya arasındakı müharibə bəri pilotsuz təyyarələr çox təsirli bir silah olduğunu sübut etdi. Recep Tayyip Erdoğanla Albaniyanın baş naziri Edi Ramanın söhbətindən öyrəndik ki, Albaniya “Bayraktar” adlı güclü türk silahı alıb. Kosovanın da eyni dronları alacağı açıqlanıb. Quzey Makedoniya hökumətini və xüsusilə də Müdafiə Nazirliyini türk dostumuzla kifayət qədər sayda SİHA-nın alınması üçün danışıqlara başlamağa çağırırıq”.

Mission News Theme by Compete Themes.