Press "Enter" to skip to content

Şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar təqdim edilib

Son yeniləmə: 26 Yanvar 2023 16:01

Məktəblilərin maarifləndirilməsi layihəsi çərçivəsində tədbirlər davam edir

BAYRAQDAR MEDİA – Nardaran qəsəbəsində məktəblilərin maarifləndirilməsi layihəsi çərçivəsində tədbir keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, tədbirdə millət vəkili Aydın Mirzəzadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova və digər şəxslər, o cümlədən paytaxtdakı 295, 130 və 142 nömrəli tam orta məktəblərin direktorları, müəllim və şagirdlər iştirak ediblər.
Öncə qonaqlar şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirib.

Məlumata əsasən, tədbirdə çıxış edənlər insan hüquq və azadlıqlarının müdafiəsi, eləcə də zərif cinsin nümayəndələrinin öz hüquqlarını bilməsi və onların fəallığının daha da artırılmasının dövlət siyasətinin prioritetlərindən olduğunu diqqətə çatdırıblar: “İnsan hüquq və azadlıqlarının ali dəyər sayıldığı dövlətimizdə gender bərabərliyinin təmin edilməsi istiqamətində həyata keçirilən layihələr, ölkəmizdə qadın hüquqlarının təminatına dair təşkil edilən silsilə tədbirlərdən də söz açılıb. Daha sonra məktəblilərin məişət zorakılığı, azyaşlıların evliliyi, təhsildən yayınma halları, qohumlar arasındakı nikah və onların fəsadları mövzularında hazırladıqları videoçarxlar nümayiş olunub. Tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalarla davam edib”.

Sonda “Susma, səsini eşitdir!” layihəsində fəal iştirak edən direktorlar və şagirdlər diplom və hədiyyələrlə təltif olunublar: “Qeyd edək ki, “Susma, səsini eşitdir!” layihəsi Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi, paytaxtdakı 295, 130 və 142 nömrəli tam orta məktəblərin təşkilatçılığı ilə həyata keçirilir”.

Mission News Theme by Compete Themes.