Press "Enter" to skip to content

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub – VİDEO

Xarici İşlər Nazirliyi

Son yeniləmə: 27 Yanvar 2023 14:16

XİN: Hazırda bu xain hücum üzrə araşdırma gedir

BAYRAQDAR MEDİA – Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda deyilir: “Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hal-hazırda bu xain hücum üzrə araşdırma gedir. Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir. Allah şəhidimizə rəhmət eləsin!”

Mission News Theme by Compete Themes.