Press "Enter" to skip to content

İsrail Azərbaycanla həmrəyliyini ifadə edir

Corc Dik və Hikmət Hacıyev

BAYRAQDAR MEDİA – İsrailin Azərbaycandakı səfiri Corc Dik yanvarın 27-də Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşüb.

Bu barədə səfir özünün sosial media hesabında məlumat verib.

Səfir Prezidentin köməkçisi ilə vacib görüşü olub. O, Tehranda Azərbaycan səfirliyinə edilən terror hücumu ilə bağlı başsağlığını ifadə etdiyini, Azərbaycan xalqıyla həmrəy olduqlarını təkrar dilə gətirdiyini bildirib.

Əlavə edək ki, İsrailin Xarici İşlər Nazirliyi də Tehrandakı terror hücumundan dərhal sonra açıqlama yayaraq Azərbaycan xalqı və hökumətinə başsağlığı verib, hadisəni qınayıb.

Mission News Theme by Compete Themes.