Press "Enter" to skip to content

İlham Əliyev Avropa hun dövlətindədir

Prezident və birinci xanım Budapeştdə

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev yanvarın 29-da Macarıstana rəsmi səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Budapeştin Ferents List adına Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Xəbəri Prezidentin Mətbuat xidməti verib.

“Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Macarıstanın müdafiə naziri Kriştof Salay-Bobrovniczky, Macarıstan Prezidentinin xarici əlaqələr və diplomatiya üzrə müşaviri Kriştof Altus və digər rəsmi şəxslər qarşıladılar”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.