Press "Enter" to skip to content

Ekspert: İran rejimi son nəfəsini yaşayır

İlham İsmayıl

Son yeniləmə: 30 Yanvar 2023 16:13

İlham İsmayıl: Bu hücumlar İranın hava hücumundan müdafiə sistemlərinin heç nəyə yaramadığını bir növ sübut etdi

BAYRAQDAR MEDİA – “Rəsmi Tehranın bu hücumlara sakit, səssiz qalması təsadüfi deyil. Bu hücumlar İranın hava hücumundan müdafiə sistemlərinin heç nəyə yaramadığını bir növ sübut etdi. Bunu isə İran birdən-birə etiraf etmək istəmir”.

Bunu İranın müxtəlif hərbi obyektlərinə edilən dron hücumları və Tehrandan bununla bağlı rəsmi açıqlama verilməməsinə münasibət bildirən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib. BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında o, “düzdür, İsrail də rəsmi şəkildə bunu etdiyini bildirməyib. Amma hamımız bilirik ki, bu ərəfədə Yerusəlimdə sinaqoqa hücum oldu və bu hücum zamanı səkkiz nəfər öldürüldü. İsrail buna cavab verəcəkdi. Ümumiyyətlə, İran həm uranın zənginləşdirilməsi üçün apardığı təcrübə, atom bombası əldə etmək üçün atdığı addımlara, həm də İsrailə yaxın, qonşu ölkələrdə, Livanda, Fələstində terror təşkilatlarını maliyyələşdirdiyinə görə, İsrailə həmişə başağrısı gətirib. İsrail də bir neçə dəfə belə zərbələrin ola biləcəyinə dair xəbərdarlıq edib” deyib.

Onun sözlərinə görə, artıq konkret hədəflər var: “Hamısı da silah, yəni hərbi obyektlərlə bağlıdır. Ona görə də bu hücumların İsraildən gəldiyi ehtimalı böyükdür. Bu arada ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uliyam Börnsün İsraildə olması çox şeydən xəbər verir. Hiss olunur ki, burada koordinasiyalı hərəkət var. Çünki İran son vaxtlar müəyyən qırmızı xətləri keçmişdi. Buna görə də İrana bir növ dərs vermək istədilər”.

İ.İsmayıl deyib ki, İran hazırda çox ağır bir vəziyyətə düşüb: “Daxildə aylardır etirazlar davam edir. Üstəlik son iki gün ərzində İranın hərbi sisteminin də heç nəyə qadir olmaması üzə çıxdı. Buna görə də İran hələ sükut edir. Amma İran elə məkrli ölkədir ki, bəzən belə məsələlərə sonradan cavab verməyə çalışır. Bununla belə hazırda İranda İsrailə hədəfləyəcək elə güclü silah növü yoxdur. Çünki İsrail hava hücumundan müdafiə qüvvələri yüksək səviyyədə və geniş imkanlara malikdir. Ümumiyyətlə, İran rejimi çökmək üzrədir və son nəfəsini yaşayır”.

Mission News Theme by Compete Themes.