Press "Enter" to skip to content

Rəy Komissiyasının 2023-cü il üzrə ilk iclası keçirilib

Son yeniləmə: 30 Yanvar 2023 14:59

BAYRAQDAR MEDİA – Yanvarın 30-da QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Rəy Komissiyasının 2023-cü il üzrə ilk iclası keçirilib.

Bu barədə BAYARQDAR MEDİA-ya Agentliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Komissiya Agentliyi “Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə, gənclər siyasəti sahəsində qrantlara münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Gənclər Fondu ilə razılaşdırılması Qaydası”nın icrasını təmin etmək məqsədilə yaradılıb.

İclasda Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən cari ildə keçirilməsi nəzərdə tutulan qrant müsabiqələri ilə bağlı təqdim olunan məlumat Agentliyin Rəy Komissiyası tərəfindən müzakirə edilib.

Müzakirələr zamanı irəli sürülmüş tövsiyələr sonrakı mərhələdə qərarların verilməsi üçün aidiyyəti üzrə Müşahidə Şurasına təqdim edilib.

Mission News Theme by Compete Themes.