Press "Enter" to skip to content

Xankəndiyə qonaq gəlmiş Rusiya vətəndaşları yola salınıb – VİDEO

Rusiya vətəndaşlarını aparan maşın

Son yeniləmə: 30 Yanvar 2023 18:44

BAYRAQDAR MEDİA – Ermənistanın rəsmi və qeyri-rəsmi təbliğat maşını dünyaya car çəkir ki, guya Azərbaycan dövləti 2022-ci il dekabrın 12-dən Laçın yolunu bağlayaraq Qarabağ ermənilərini soyqırıma uğradır. Ermənilər onu da iddia edir ki, guya Azərbaycan ümumiyyətlə heç kimi o yoldan keçməyə qoymur, ermənilər acından ölür.

Elədirmi? Əlbəttə, elə deyil və biz də BAYRAQDAR MEDİA olaraq bununla bağlı çoxsaylı faktları dəyərli oxucularımıza təqdim etmişik. Amma hər dəfə yeni bir yalan uyduran ermənilər hətta dünyada tanınan ciddi siyasətçiləri belə aldadaraq Azərbaycana qarşı kökləyə biliblər.

İndi isə hər kəsə bir video təqdim edirik. Videonu Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlıları yanvarın 30-da yayıb. Videonu müşayiət edən qısa qeyddə bildirilir ki, Yeni ili qeyd etmək üçün Qarabağa gəlmiş Rusiya vətəndaşları Ermənistana yola salınır…

Oho! Bəs deyirdilər ki, Qarabağa gedən yol tam bağlıdır və heç kim ordan keçə bilmir? Bəs necə olub ki, hətta Rusiya vətəndaşları belə Xankəndiyə gələ biliblər? Özü də o yolda etiraz aksiyası keçirildiyi halda?

…Rusiya sülhməramlıları bildirir ki, 7-si uşaq olmaqla 44 nəfər Rusiya vətəndaşı Xankəndidən Ermənistana yola salınıb.

Videodan da görünür ki, həmin şəxslərin mindiyi nəqliyyat vasitəsi Azərbaycanlı ekofəalların olduğu yoldan heç bir maneəsiz keçir.

Bir daha qeyd edək ki, hər gün onlarla nəqliyyat vasitəsi həmin yoldan həm Ermənistana, həm də əks istiqamətdə rahat şəkildə hərəkət edir…

Mission News Theme by Compete Themes.