Press "Enter" to skip to content

Nazir müavini Baş konsulla görüşüb

Görüş zamanı

Son yeniləmə: 1 Fevral 2023 16:39

BAYRAQDAR MEDİA – Fevralın 1-də müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev Türkiyənin Gəncə şəhərinə yeni təyin olunan Baş konsulu Recep Öztop ilə görüşüb.

Müdafiə Nazirliyindən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, general-leytenant Ə.Əfəndiyev qonağı salamlayaraq onu yeni təyinatı ilə bağlı təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb: “Müdafiə nazirinin müavini Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu xüsusi vurğulayıb.

R.Öztop səmimi qəbula görə minnətdarlığını ifadə edib, ikitərəfli əməkdaşlıq əlaqələrinin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini bildirib”.

Görüşdə qarşılıqlı maraq doğuran mövzulara dair fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.