Press "Enter" to skip to content

Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi

Son yeniləmə: 1 Fevral 2023 15:22

BAYRAQDAR MEDİAElm və Təhsil Nazirliyi dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsini elan edir.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabət və innovativ fəaliyyətin stimullaşdırılmasıdır.

Layihə sənədlərinin qəbulu fevralın 15-dən martın 31-dək bu sayt üzərindən həyata keçiriləcək.

Qrant müsabiqəsi barədə ətraflı məlumatla elan vasitəsilə tanış olmaq mümkündür.

Mission News Theme by Compete Themes.