Press "Enter" to skip to content

231 ton! Rusların yanvar ayında Qarabağa daşıdığı yük – VİDEO

Vətəndaş cəmiyyəti fəalları Laçın dəhlizində

BAYRAQDAR MEDİA – 2022-ci il dekabrın 12-dən ekofəalların Laçın yolu üzərində təşkil etdiyi etiraz aksiyasını bəhanə edərək erməni təbliğat maşını Qarabağdakı ermənilərin blokadada olduğu görüntüsünü yaratmağa çalışır. Amma Azərbaycan tərəfi də tutarlı arqumentlərlə bu iddianın əsassız olduğunu gərək olduğundan da artıq sübut edir. Lakin bəzi mərkəzlər hələ də dediklərindən əl çəkmir, Azərbaycanı “dinc erməniləri aclıq yoluyla soyqırıma uğratmaq”da ittiham edir.

Bəs durum necədir? Daha doğrusu, gerçəklik nədir?

Bu sualın cavabını biz deyil, Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşmiş Rusiya sülhməramlıları verib. Buyurun, onların fevralın 3-də 2023-cü ilin yanvar ayı ilə bağlı açıqladığı rəqəmləri təqdim edirik.

Məhz bu gün Rusiya sülhməramlıları yanvar ayı ərzində Ermənistandan Qarabağa nə qədər yük və hər iki istiqamətdə adam daşınması ilə bağlı hesabat yayıb.

Hesabata görə, ay ərzində təkcə Rusiya sülhməramlıları bu istiqamətdə 231 ton yük aparıblar. Bu yükün 202,7 tonu ərzaq və bənzər məhsullar olub! Əlavə olaraq kənd təsərrüfatı heyvanları üçün 12,3 ton yem aparılıb. Daha 16 ton yük isə süd məhsullarının istehsalı üçün daşınıb. Sülhməramlılar Qarabağın 88 yaşayış məntəqəsində aksiya keçirərək ermənilərə yardım ediblər.

Sülhməramlılar onu da bildirir ki, ay ərzində yeni ili qeyd etmək üçün Qarabağa gəlmiş 97 Rusiya vətəndaşının Ermənistana daşınmasını təşkil ediblər ki, onlardan da 21-i uşaq olub.

Eyni zamanda Ermənistandan Qarabağa 21 uşaq və onları müşayiət edən 6 nəfərin daşınmasını da ruslar həyata keçirib.

İndi bir daha sual edə bilərik: necə olur ki, blokadada olduğu iddia edilən Qarabağa hətta xarici ölkə vətəndaşları da gəlib gedə bilir? Özü də onlar bu “blokada” haqqında məlumatlı olduqları halda yeni ili məhz Qarabağda qeyd etmək üçün rahat-rahat gəlir, eyni rahatlıqla da geri qayıdırlar. Əlbəttə, təkcə bu faktların özü yetərlidir ki, ermənilərin yalan təbliğatını alt-üst edək.

Mission News Theme by Compete Themes.